19 
Apr
2024
18:52
152
119
1215
Virtual karabakh

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO

19 Apr, 2024
18:52
1215

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları arasında təşkil edilən növbəti “Uğur yolu” müsabiqəsinin final mərhələsi keçirilib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının finalçılarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Nazir müsabiqənin yüksək intellektual potensiala malik kadrların müəyyənləşdirilməsinə və karyera irəliləyişinə əhəmiyyətli töhfə verdiyini vurğulayaraq, indiyədək keçirilmiş iki müsabiqənin bu platforma üzrə qarşıya qoyulan məqsədlərə çatmaqda uğurlu təcrübə olduğunu qeyd edib.

Tədbirdə müsabiqə qaliblərinin fərdi inkişaf proqramları, müxtəlif treninqlər, mentorluq proqramlarına cəlb edildiyi və bütövlükdə layihənin əməkdaşların bilik və bacarıqlarını, peşəkar vərdişlərini artırdığı diqqətə çatdırılıb. “Uğur yolu” iştirakçıları, eləcə də Nazirliyin digər əməkdaşları ABŞ-nin “Coursera” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası” layihəsindən faydalanmağa dəvət ediliblər.

Final mərhələsində iştirakçılar İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsində süni intellektin tətbiqi, iş prosesinin optimallaşdırılmasına dair layihələrini nümayiş etdirib, müxtəlif tapşırıqları həll edib, daha sonra verilən mövzular üzrə komandalar şəklində təqdimatla çıxış ediblər. Onların strateji düşünmək, liderlik, effektivliyin idarə edilməsi bacarıqları, komandada işləmək, nəticəyönümlü, kommunikasiya, dəyişikliklərin və innovasiyaların idarə edilməsi səriştələri ekspertlər tərəfindən qiymətləndirilib.

14:59

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

O, bu barədə öz “X” hesabında paylaşım edib.

Nazir finala yüksəlmiş bütün iştirakçılara təbriklərini çatdırıb və uğurlar arzulayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri