May
2024
17:29
87
16
1058
Virtual karabakh

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - YENİLƏNİB

2 May, 2024
17:29
1058

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, ISESCO-nun baş direktoru Səlim M. əl-Malik, BMT Turizm təşkilatının baş icraçı direktoru Zoritsa Uroşevi və BMTSA-nın direktoru Nihal Saad çıxış ediblər.

Mədəniyyət naziri A.Kərimli forumda iştirak edən hər kəsə öz minnətdarlığını bildirib: “Verdiyiniz töhfələrə görə hər birinizə minnətdaram. Bundan sonra yalnız gələcəyə diqqət yetirməliyik. Çünki əlaqələrin gücləndirilməsində mədəniyyətin aparıcı rolu var. Mesajımız isə budur: “Mədəniyyət iqlim dəyişikliklərin aradan qaldırılmasına yardımçı ola bilər”. Sabah biz işğaldan azad olunan Ağdam rayonuna səfər edəcəyik”.

ISESCO-nun baş direktoru Səlim M. əl-Malik, forumdan sonra öhdəlik hiss etdiyini qeyd edib:

“Xüsusi əhəmiyyət kəsb edən iki günün sonuna çatdıq. Mən Azərbaycan prezidentinə təşəkkürümü bildirirəm. Hamımız öz öhdəliklərimizi qəbul edirik. Aparılmış müzakirələr iştirakçılara beynəlxalq tərəfdaşlarla birgə işləmək imkanları yaradacaq. Qloballaşan dünyada qarşılıqlı anlaşma böyük əhəmiyyətə malik amillərdir. ISESCO öz üzərinə düşənləri edəcək. Biz mehriban qonşuluq mühitində yaşamağı öyrənməli, həmrəyliyimizi gücləndirməliyik. Ürəkdən birlikdə çalışmalıyıq”.

BMT Turizm təşkilatının baş icraçı direktoru Zoritsa Uroşevi İncəsənət məbədində görüşdüklərini söyləyib:

“Ən düzgün yerdə məkanda təşkil edilən tədbir idi. Turizm günümüzün ən vacib amilidir və xüsusi əhəmiyyətli hissəsidir”.

BMTSA-nın direktoru Nihal Saad əlavə edib ki, gələcək forumların təşkil olunmasında əməkdaşlıq edəcəyik:

“Biz çox fərəhlənirik. Gələcək forumların təşkil olunmasında fəal əməkdaşlıq edəcəyik. Tam dolu zalda görüşlərimizi keçirdik. Mədəniyyətin aparıcı rolu var. Mədəniyyət bəşəriyyətimizi daha da zənginləşdirir”.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edib. 100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilib. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş tutub.

10:00

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilir.

Oxu.Az xəbər verir ki, forumun ikinci günündə 8 panel, 1 plenar sessiya və parlamentlərarası konfrans keçirilməsi nəzərdə tutulub.

Həmçinin, bu gün forumun bağlanış mərasimi baş tutacaq.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir. 100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, ISESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri