30 
Apr
2024
22:56
10
176
3764
Virtual karabakh

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi evində ölü tapıldı - FOTO

30 Apr, 2024
22:56
3764

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi evində ölü tapıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib.

“Olay” xəbər verir ki, sənətçi evində ölü tapılıb.

O, qaraciyər xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən mədəniyyət evində solist olub. 1969-cü ildə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun iki yaşı olanda, o, həyat yoldaşından boşanıb.

Rəhimi “Qubanın ağ alması”, “Gəlmə gəlmə” kimi mahnılarıyla məşhurdur.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri