May
2024
16:20
6
100
1009
Virtual karabakh

Quba Memorial Kompleksində məzarlıq niyə yenidən torpaqla örtülüb?

2 May, 2024
16:20
1009

Quba Memorial Kompleksində məzarlıq niyə yenidən torpaqla örtülüb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İqlim dəyişməsinin dolayı yolla təsir göstərdiyi abidələrə Quba şəhərindəki Soyqırımı Memorial Kompleksi ərazisində yerləşən, ermənilər tərəfindən 1918-ci ildə kütləvi qırğınlar nəticəsində həlak olan kütləvi insan məzarlarını göstərmək olar”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini xanım Səadət Yusifova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, kütləvi məzarlıq açıldıqdan sonra insan sümüklərinin yağış, qar, qrunt suları ilə təmas etməsi və küləklər nəticəsində çürümə prosesi sürətlənib və məzarlığın yenidən torpaqla örtülməsinə və bu yolla qorunmasına qərar verilib.

“Qlobal iqlim dəyişmələri nəticəsində yaranan quraqlıq, yağıntıların azalması “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Damcılı bulağına birbaşa təsir göstərməkdədir. Digər bulaqlardan fərqli olaraq Damcılı bulağı yerin təkindən deyil, qayalardan süzülərək tökülür. İnsanların daha çox çay kənarlarında məskən saldıqlarını və ərazidə geniş qurumuş çay yatağını əsas gətirərək demək olar ki, buradan vaxtı ilə gursulu çay axmış olsa da, hazırda su mənbəyi yalnız Damcılı bulağıdır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, təbii və antropogen təsirlərlə bağlı olaraq bulağın suyunda gözlə görüləcək dərəcədə azalma müşahidə olunmaqdadır”, - deyə o qeyd edib.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri