May
2024
14:40
86
13
828
Virtual karabakh

Kanadada toqquşmalar: Baş nazirin cinayətkarlıqla bağlı siyasətinə etiraz edənlər küçələri dağıtdılar - VİDEO

2 May, 2024
14:40
828

Kanadada toqquşmalar: Baş nazirin cinayətkarlıqla bağlı siyasətinə etiraz edənlər küçələri dağıtdılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın Monreal şəhərində anarxistlər Baş nazir Castin Trüdonun cinayətkarlıqla bağlı yumşaq siyasətinə etiraz olaraq şəhərin küçələrində iğtişaşlar törədiblər.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bununla bağlı sosial şəbəkələrdə yayılan videolarda anarxistlərin market və mağazaların şüşələrini sındırdıqları, küçələrdə dağıntılar törətdiyi əks olunub.

Qeyd edək ki, eyni zamanda Kanada parlamentində “şiddətli toqquşmalar” baş verib. Trüdonu ölkəni qeyri-peşəkar idarəetmədə ittiham edən müxalifət onunla bağlı kəskin ifadələr işlədib.

Mühafizəkarların lideri Pyer Pualye Trüdonu “dəli” adlandırıb və ondan şərhi geri götürülməsi istəndikdə, “radikal” və “ekstremist” sözlərini də əlavə edib. Nümayəndələr Palatasının spikeri Qreq Ferqyus Pualyeni səlahiyyətlərinə etinasızlıq göstərməkdə ittiham edib. “Mən sizə bu günün qalan hissəsi üçün Palatanı tərk etməyi əmr edirəm”, - deyə o bildirib.

Nəticədə Mühafizəkarların lideri Pyer Pualye Nümayəndələr Palatasından xaric edilib. Müşahidəçilərin fikrincə, palatadan kənarlaşdırılma spiker tərəfindən nadir bir güc nümayişi olub və həmçinin Kanada tarixində son onilliklərdə misligörünməmiş addım olub.

Mənbə: “RT” “Telegram”, RG.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri