25 
Apr
2024
11:52
83
14
1507
yuxarı
Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək
25 Apr, 2024
11:52
1507
83
14
Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək
Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək.
Oxu.Az xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq.
Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur.
Müsabiqənin mükafatları:
Qran-pri (10 000 dollar )
I mükafat (7 000 dollar)
II mükafat (5 000 dollar)
III mükafat (3 000 dollar)
Xüsusi mükafatlar:
“Ən yaxşı tenor” (1 000 dollar)
“Bülbülün repertuarından Azərbaycan bəstəkarlarının əsərlərinin müsabiqədə ən yaxşı ifasına görə” (1 000 dollar)
“Ümid mükafatı” (xüsusi mükafat)
Müsabiqə barədə ətraflı məlumat üçün linkə daxil olun.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək