18 
Apr
2024
02:32
25
96
1974
yuxarı
Yenilənmiş insanabənzər robot təqdim olundu - VİDEO
18 Apr, 2024
02:32
1974
25
96
Yenilənmiş insanabənzər robot təqdim olundu - VİDEO
“Boston Dynamics” şirkəti tam elektriklə işləyən Atlas robotlarının yeni nəslini təqdim edib.
Şirkətin saytında bildirilib ki, əvvəlki model hidravlik ötürücülərə əsaslanırdı.
Yeni Atlas artıq müxtəlif sənayelərdə istifadə olunan “Stretch” robot qolu və “Spot” robot iti ilə birlikdə kommersiya məhsulu olacaq.
Şirkətin ilk müştərisi “Hyundai”dır. O, insanabənzər robotu avtomobil istehsalat müəssisələrində sınaqdan keçirmək üçün istifadə edəcək. Testlər 2025-ci ildə başlanacaq.
Mənbə: gazeta.ru
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək