27 
Apr
2024
19:34
170
388
17346
Virtual karabakh

Azərbaycanda intihar edən hakim dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO

27 Apr, 2024
19:34
17346

Azərbaycanda intihar edən hakim dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün intihar edən Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov dəfn olunub.

Bakupost.az xəbər verir ki, dəfn mərasimi Xırdalan şəhər qəbiristanlığında baş tutub.

14:57

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub. 

O, ağır xəstəlikdən - şəkərli diabetdən əziyyət çəkirmiş. 

Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən hakim intihar edib. 

Qeyd edək ki, İlqar Dadaşov 1962-ci ildə anadan olub. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 

1989-1993-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanasında vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Azərbaycan Respublikası Prokurorluğunda idarə prokuroru olub. 

2000-2007-ci illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb. 

İ.Dadaşov 2010-cu ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olub. 

Tanınmış hakim 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri