27 
Apr
2024
21:12
15
125
1992
Virtual karabakh

İmişli-Biləsuvar yolunda avtomobil aşması nəticəsində xəsarət alanların sayı artıb - YENİLƏNİB

27 Apr, 2024
21:12
1992

İmişli-Biləsuvar yolunda avtomobil aşması nəticəsində xəsarət alanların sayı artıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli-Biləsuvar avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların sayı artıb.

“Report”un məlumatına görə, qəzada xəsarət alan daha bir nəfər - 1976-ci il təvəllüdlü Sənan Vəliyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bununla da avtoqəza nəticəsində xəsarət alanların sayı dördə çatıb.

Qeyd edək ki, hadisə bu gün İmişli-Biləsuvar avtomobil yolunda qeydə alınıb. “Toyota Prado” markalı avtomobilin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə yaralanıb.

Faktla bağlı araşdırmalar aparılır.

19:06

İmişli-Biləsuvar avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, qəza səhər saatlarında İmişli-Biləsuvar avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb.

“Toyota Prado” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində Ramil Bəhlul oğlu Vəliyev və Adil Kamil oğlu Sadıqov ölüblər, avtomobildə olan sərnişinlər Fatma Şərifova, Ramil Abdullah, Vüsal Muhəmməd müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və onlara təcili təxirə salınmaz tibbi yardım göstərilib. Kəllə beyin travması alan Fatma Şərifova Bakı şəhərində olan xəstəxanalardan birinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri