28 
Apr
2024
14:44
193
14
1597
yuxarı
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
28 Apr, 2024
14:44
1597
193
14
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Yanıqlı kəndi ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a FHN-dən bildirilib.
Vurğulanıb ki, məlumatla əlaqədar dərhal FHN-in Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1989-cu il təvəllüdlü Rüstəmov Ceyhun Tofiq oğlu dərinliyi 100 metr olan dərədə köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
13 
May
2024
08:38
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü nələrlə yadda qaldı? - VİDEO
8
1
198
13 
May
2024
01:36
Bakıda sakinləri narahat edən akustik səs kirlənməsi: DİN-dən AÇIQLAMA - VİDEO
78
13
2165