23 
Mar
2024
15:06
193
53
11924
Virtual karabakh

“Crocus City Hall” terrorunda adı hallanan şübhəlilərdən biri özü polisə təslim oldu - YENİLƏNİB + FOTO

23 Mar, 2024
15:06
11924

“Crocus City Hall” terrorunda adı hallanan şübhəlilərdən biri özü polisə təslim oldu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə barələrində Moskvadakı terrorda iştirak etdiklərinə dair məlumat yayılan daha iki tacikistanlının təqsirsizliyi üzə çıxıb.

Bu barədə Tacikistan Daxili İşlər Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, Rivociddin İsmonov və Mahmadrasul Nasriddinov hazırda öz ölkələrindədirlər.

“Rusiyanın kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb ki, Bryansk vilayəti üzrə Daxili İşlər İdarəsi 2024-cü il martın 22-də Moskva vilayətində törədilmiş terror aktı ilə əlaqədar Tacikistan vətəndaşlarını - Xatlon vilayətinin C.Balxi rayonunun sakinləri Rivociddin İsmonov (25 sentyabr 1972-ci il təvəllüdlü) və Mahmadrasul Nasriddinovu (20 noyabr 1986-cı il təvəllüdlü) xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilərək rəsmi axtarışa verib. Lakin bu xəbərin heç bir əsası yoxdur. Çünki adıçəkilən şəxslər 2023-cü il noyabrın 26-da Rusiyadan Tacikistana gəliblər və hazırda yaşayış yerlərindədirlər”.

14:39

Moskva vilayətində törədilən terror aktında şübhəli bilinən və barəsində sosial şəbəkələrdə məlumat və şəkli yayılan 29 yaşlı Rustam Nazarov özü polis idarəsinə gedərək təslim olub və təqsirsizliyini bəyan edib.

Onun sözlərinə görə, “Crocus City Hall”da terror törədilən vaxt o, başqa şəhərdə - Samarada - ailəsinin yanında olub.

Gənc Samarada taksi sürücüsü işlədiyini bildirib. Faciə baş verən gün isə o, valideynləri ilə şam edib, sonra isə bacısını evə yola salıb.

Məlumatı Rustamın bacısı Parvina Mahmudconova da təsdiqləyib.

“Onun heç bir terror aktında əli yoxdur. O, evdə olub”, - deyə  Mahmudconova bildirib.

Rustam Nazarov bu gün səhər sosial şəbəkələrdə öz şəklini gördükdən sonra hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək yanlışlıq barədə məlumat vermək qərarına gəlib.

Hazırda onun ifadəsi alınır.

Nazarovun şübhəlilər siyahısına düşməsinə səbəb isə terrorçuların istifadə etdiyi “Renault” markalı avtomobilin əvvəllər onun adına rəsmiləşməsidir. Ancaq gənc maşınını iki il əvvəl satdığını bildirib.

Mənbə: “Astra” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri