May
2024
16:10
63
29
781
Virtual karabakh

Nazir: “Heç bir ölkə iqlim dəyişikliyi kimi universal məsələlərin həllinə tək başına nail ola bilməz”

1 May, 2024
16:10
781

Nazir: “Heç bir ölkə iqlim dəyişikliyi kimi universal məsələlərin həllinə tək başına nail ola bilməz”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç bir ölkə iqlim dəyişikliyi kimi universal məsələlərin həllinə tək başına nail ola bilməz”.

Oxu.Az xəbər verir ki, bunu “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı Beynəlxalq Təşkilatların III Zirvə Görüşündə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. 

O qeyd edib ki, bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir, eyni zamanda bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir.

Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün yaşıl iqtisadiyyata keçid böyük əhəmiyyət kəsb edir.

“Hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında davamlı inkişafın bir komponenti olan yaşıl iqtisadiyyata keçid mühüm yer tutur. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır”.

“Son illər ölkədə yaşıl iqtisadiyyatın inkişafı ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində qanunvericilik sahəsində müasir dövrün tələblərinə uyğun olaraq, islahatlar aparılır, dekarbonizasiya, yaşıl investisiyaların cəlbi, yaşıl maliyyələşdirmə təşəbbüslərinin dəstəklənməsi istiqamətlərində mühüm addımlar atılır”, - deyə nazir qeyd edib.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri