May
2024
12:46
41
26
1146
Virtual karabakh

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

1 May, 2024
12:46
1146

Altı mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha altı KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 145-ə çatıb.

“Startap” şəhadətnamələri “E-Tibb” MMC-nin onlayn həkim qəbulu üçün mobil platforması, “İmajin Technologies” MMC-nin interaktiv alış-veriş platforması, “Finmarket” MMC-nin kredit təşkilatları üçün onlayn kredit platforması, “Troniq” MMC-nin reklam robotunun istehsalı və satışı, “Yoldash” MMC-nin avtomobil sürücülərini və sərnişinləri birləşdirən onlayn platforması, Xəyalə Nuşirəvanovanın onlayn zəka oyunları platforması layihələri üçün təqdim edilib.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla bu linkdən tanış olmaq olar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri