May
2024
15:10
42
29
1051
Virtual karabakh

SOCAR istiqrazlarının 10-cu kupon ödənişi edilib

1 May, 2024
15:10
1051

SOCAR istiqrazlarının 10-cu kupon ödənişi edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faiz gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının növbəti kupon ödənişi 1 may tarixində həyata keçirilib.

Bu barədə “SOCAR Capital” şirkəti məlumat yayıb.

Bildirilib ki, SOCAR istiqrazları 10-cu kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min ABŞ dolları gəlir qazandırıb və istiqraz sahiblərinin qazancı 11 milyon 250 min ABŞ dollarına yüksəlib.

Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən bu günədək SOCAR istiqrazları ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub. 2016-cı və 2021-ci illərdə emissiya edilən SOCAR istiqrazları 2016-cı ildən indiyədək investorlarına ümumilikdə 36 milyon ABŞ dollarından çox gəlir qazandırıb.

Emissiya olunduğu 30 aylıq müddət ərzində təkrar bazar əməliyyatları üzrə ticarət həcminin 44 milyon ABŞ dollarını üstələməsi və bağlanmış əqd sayının 700-ü ötməsi 2-ci SOCAR istiqrazlarına olan yüksək tələbatın təzahürüdür.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycandakı lisenziyalı bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR istiqrazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1 000 ABŞ dolları) aşağı düşməyib.

SOCAR istiqrazlarının növbəti kupon ödənişi 1 avqust 2024-cü il tarixində baş tutacaq.

Qeyd edək ki, SOCAR istiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-səhifələrdan əldə edilə bilər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri