30 
Apr
2024
17:48
128
7
2032
Virtual karabakh

Xərçəng xəstəsi olan laoslu miqrantın bəxti üzünə güldü: Milyarder oldu - FOTO/VİDEO

30 Apr, 2024
17:48
2032

Xərçəng xəstəsi olan laoslu miqrantın bəxti üzünə güldü: Milyarder oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-də xərçənglə mübarizə aparan və keçən həftə kimyaterapiyanın son mərhələsini başa vuran laoslu miqrant 1,3 milyard dollarlıq (2,2 milyard manat) “Powerball” cekpotunun qalibi olub.

Səkkiz ildir xərçəng xəstəliyindən əziyyət çəkən 46 yaşlı Çenq Sefan mükafatı bilet almaq üçün ona 100 dollar bağışlayan dostu ilə bərabər böləcəklərini deyib.

“Bu cekpota görə bəxtim gətirdi və həyatım dəyişdi. Artıq ailəmi təmin edə və sağala biləcəyəm. Özümə yaxşı bir həkim tapacağam”, - deyə Çenq əlavə edib.

O, Oreqonda ailəsi üçün ev almağı planlaşdırdığını və çox güman ki, lotereya oynamağa davam edəcəyini vurğulayıb.

“Bəlkə yenə bəxtim gətirər, oynamağa davam edəcəyəm”, - deyə o bildirib.

Sefan ailəsi ilə məsləhətləşdikdən sonra birdəfəlik ödəniş almağa qərar verib. Beləliklə, vergilərdən sonra 422 milyon dollar (717,4 milyon manat) alacaq.

Oreqon Lotereyasının məlumata görə, 1,3 milyard dollarlıq “Powerball” uduşu mükafat tarixdə dördüncü ən böyük və ABŞ-də səkkizinci ən böyük cekpotdur.

Mənbə: RG.RU

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri