30 
Apr
2024
11:00
24
8
756
Virtual karabakh

İtaliya nəhənglərinin təmsil olunduğu şourum açıldı - FOTO

30 Apr, 2024
11:00
756

İtaliya nəhənglərinin təmsil olunduğu şourum açıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aralıq dənizi sahillərinin qədim mədəniyyət ənənələrinin ehtişamını müasir trendlər və innovativ yeniliklərlə birləşdirərək premium interyer həlləri təklif edən “La Casa Dei Sogni” şourumunun Bakıda açılış mərasimi keçirilib.

Mərasimi giriş sözü ilə şourumun daxil olduğu distributor şirkətinin həmtəsisçisi Toğrul Məmmədli açıb:

“La Casa Dei Sogni” şourumunda sizin xəyalını qurduğunuz dizaynı gerçəkləşdirmək üçün 30-dan çox fərqli kataloqla dekorativ tətbiq üsulu və bu üsulların birləşməsindən əmələ gələn yüzlərlə tətbiq imkanları təklif edirik. Ümid edirəm ki, şourumda təqdim edilən xidmətlər və həllər sizin xəyallarınızı gerçəkləşdirməkdə yardım edəcək”.

Daha sonra “Renner” şirkətinin nümayəndəsi Giovanni Ciafre və Moruzia Soverini, “Valpaint” şirkətinin nümayəndəsi Allesandro Galimberti və Andrea Zonca da Azərbaycanla əməkdaşlıqları barədə məlumat veriblər.

Dünyada ilk dəfə mebel və dekorativ boyanı bir brend altında birləşdirirən “La Casa Dei Sogni” şourumda boyalara dekorativ tekstur verməkdən ötrü İtaliya təbiətində tapılan müxtəlif mərmər, gips, gil və digər təbii minerallardan istifadə edilir. “La Casa Dei Sogni” şourumunun marketinq direktoru Müşfiq İskəndərov bildirib ki, şourumda təqdim olunan həllər Azərbaycanda bu istiqamətdə inqilabi yeniliyin başlanğıcıdır:

“La Casa Dei Sogni” şorumunun fəaliyyəti nəticəsində Azərbaycanda fərqli bir ənənənin yaranacağına əminik. İtaliya mədəniyyətini biz öz mənzilimizdə, yaşadığımız, olduğumuz yerdə hiss etmək, bu dəyərləri bir nöqtə ətrafında ümumiləşdirmək üçün “La Casa Dei Sogni” artıq Azərbaycandadır. Bu qüruru sizinlə paylaşmaqdan çox məmnunam”.

Beynəlxalq qurumların, eyni zamanda, İtaliyanın müxtəlif keyfiyyət sertifikatlarına layiq görülən məhsullar dəfələrlə “Təbiətin dostu” sertifikatları ilə də təltif olunub. Eko-dayanıqlı prinsiplər əsasında fəaliyyət göstərən həmin şirkətlərdə istehsal edilən hər bir boyanın qablaşdırması 100%, məhsulları isə 30% təkrar emal edilən maddələrdən hazırlanır.

Qeyd edək ki, “La Casa Dei Sogni” İtaliyanın mebel boyası nəhənglərindən “Renner”, dekorativ boya sahəsinin öncüllərindən “NovaColor” və “Valpaint” kimi lider markaların distribütorluğunu həyata keçirir.

Onu da qeyd edək ki, şourumda təklif olunan həllərlə yaxından tanış olmaq üçün Ağ Şəhərdə ikinci Yaşıl ada küçəsi 5 ünvanında yerləşən şouruma baş çəkə yaxud 050 208 08 08 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri