30 
Apr
2024
10:00
24
4
538
Virtual karabakh

Təchizat Zənciri Liderləri Zirvə toplantısının spikerləri bəlli oldular

30 Apr, 2024
10:00
538

Təchizat Zənciri Liderləri Zirvə toplantısının spikerləri bəlli oldular

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yeni Dəyər Zənciri” konsepti ilə 13 may 2024-ci il tarixində Gülüstan sarayında 600 nəfərin iştirakı ilə baş tutacaq Təchizat Zənciri Liderləri Zirvə toplantısının spikerləri məlum olublar.

“Facemark” və “Admedia” şirkətlərinin təşkilatçılığı, “Azərsun Holdinq”in baş sponsorluğu, “Roof Academic Training”in platinum sponsorluğu, “Araz Supermarketlər şəbəkəsi”nin gold sponsorluğu və “Qardaşlar Mebel”, “Bank of Baku””Box Indstruies of Azerbaijan”, “Leqo Group”, “Başkent” restoranlar şəbəkəsinin sponsorluğu ilə 600 nəfərədək şirkət nümayəndəsinin iştirakı ilə baş tutacaq zirvə toplantısı ölkəmizdə satınalma və təchizat sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

3 moderator və 15 spiker “Yeni Dəyər Zənciri” konsepti ilə “Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq”, “Təchizat Zəncirinin Strateji İdarəedilməsi”, “Təchizat Zənciri: Gələcəyin Dizaynı” panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə edəcəklər.

 “Veyseloglu” Şirkətlər Qrupu Mərkəzi Təchizat Direktoru Fərid Qurbanovun moderator olduğu Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq panelində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, “Azərbaycan Respublikasının Maliyyə nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin sektor müdiri, Elvin Mədətov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Texniki təminat şöbəsinin müdiri Nəsib Orucov, Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müşaviri Zahid Əliyev, Daxili İşlər Nazirliyinin (DİN) Maddi - Texniki Təminat Baş İdarəsinin şöbə rəisi Rahid Ələbərova öz təcrübələrini bölüşəcəklər.

“Huner Group”un təsisçi və baş direktoru Ehtiram Quliyevin moderator olduğu “Təchizat Zəncirinin Strateji İdarəedilməsi” panelində “Azərsun” Holdinqin İdarə Heyətinin üzvü Savaş Uzan, “Veyseloglu” Şirkətlər Qrupunun təsisçi və baş direktoru Aydın Talıbov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnkişaf mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov və “Demirören Holding Groups”un CEO-su diqqət edilməli mövzulara toxunacaqlar.

Böyük Britaniyanın “The Chartered Institute of Procurement & Supply” (CIPS) və “The Chartered Institute of Logistics and Transport” (CILT)  İnstitutlarının Azərbaycandakı Rəsmi Nümayəndəsi, Proqram Rəhbəri və Eksperti, “Pro Log” şirkətinin Rəhbəri, Layihə Konsultantı Sahilə Həmidovanın moderator olduğu “Təchizat Zənciri: Gələcəyin Dizaynı” panelində Satınalma üzrə qrup rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Natiq Qaraxanov, “Baku City Residences”in layihə üzrə baş icraçı direktoru Vüqar Abbasov, “BP Logistika” və Təchizat Zənciri üzrə Texniki Mühəndis və Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyası Təchizat Zənciri və Logistika fənni üzrə ekspert-müəllim Anar Ağayev, SOCAR-ın Əməliyyat Satınalması və Təchizat Departamentinin rəis müavini Elçin Musayev və “LV Logistics Limited”in regional direktoru Fuad Məmmədovun spikerliyi ilə baş tutacaq.

Təchizat liderləri zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (https://sclforum.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

“Facebook”: https://www.facebook.com/people/TCchizat-Zenciri-Liderl%C9%99ri-Forumu/

“Instagram”: https://www.instagram.com/tzl.az/

“Linkedln”:https://www.linkedin.com/company/102148371/admin/feed/posts/?feedType=following

“YouTube”:https://www.youtube.com/watch?v=Yv6Urx2OnEg&list=PLNAQ8xBu6-NOLVjDbDSTWPv8G-RkbGSBR&index=28

 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri