May
2024
10:15
17
5
588
Virtual karabakh

“Motoverse” 1 yaşında! - FOTO/VİDEO

1 May, 2024
10:15
588

“Motoverse” 1 yaşında! - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həyatın kefini sürənlər üçün bir il əvvəl fəaliyyətə başlayan “Motoverse”ün ad günüdür!

“Motoverse” bir ildə fərqli kateqoriyalardan motosiklet və mopedlərin satışını həyata keçirərək həvəskarların könlünü qazanıb. Öz alıcıları ilə dərin bağlar quran “Motoverse-1” yaşı münasibətilə tədbir həyata keçirib. Tədbirdə musiqili qonaqlar, hədiyyəli oyunlar və bir sıra əyləncəli yarışlar baş tutub. Eyni zamanda “Wild Tires club”, “Busamania”, o cümlədən “Sparkle Angels WRC” və başqa motosiklet qrupları da tədbirə qoşularaq “Motoverse”ün ad gününü təbrik ediblər. Yarışlarda iştirak edən motosiklet həvəskarlarına fərqli dəyərli hədiyyələr verilib.

1 yaşla bağlı tədbirdən başqa kampaniya da keçirilir. 27 aprel tarixindən başlayan kampaniya 12 may tarixinə qədər davam edəcək. Alıcılar kampaniya müddətində nağd və taksitli alışlarda müxtəlif endirimlərdən yararlana bilirlər. Əlavə olaraq bütün “Vespa” modelləri ilkin ödənişsiz, faizsiz 18 ay hissəli ödənişlə təklif olunur. O cümlədən nağd və taksit kartla alışlarda endirimlər və seçilmiş “Vespa” dəbilqəsi hədiyyə olaraq alıcılara təqdim edilir. Həmçinin kampaniya müddətində alıcılar motosiklet aksesuarlarını ilkin ödənişsiz, faizsiz 15 ayadək hissəli ödənişlə, “Bering Moto” geyimləri və “Shark” dəbilqələrini isə nağd alışda 30%-ə dək endirimlə əldə edə bilərlər.

“Motoverse” nədir?

“Motoverse” əsasən üç istiqamət üzrə fəaliyyət göstərir:

1) Satış;

2) Təlim mərkəzi;

3) Servis mərkəzi.

10-dan çox dünya brendinin müxtəlif motosiklet, moped, skuter və velosiped modellərini burada tapa bilərsiniz. “Motoverse Vespa”, “Aprilia”, “Motoguzzi”, “Bajaj” və “Kanuni” brendlərinin rəsmi distribütorudur.

Bundan əlavə olaraq, müxtəlif dəbilqə və geyim aksesuarlarının satışı da həyata keçirilir.

“Motoverse”in kampaniyalarından xəbərdar olmaq və endirim fürsətlərindən yararlanmaq üçün:

“Facebook” - https://www.facebook.com/motoverse.az/

“Instagram” - https://www.instagram.com/motoverse.az/

 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri