May
2024
12:10
56
17
711
Virtual karabakh

Azərbaycan şirkəti ilk dəfə olaraq Barselonada “Seafood Expo Global” sərgisində iştirak edib - FOTO

1 May, 2024
12:10
711

Azərbaycan şirkəti ilk dəfə olaraq Barselonada “Seafood Expo Global” sərgisində iştirak edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ənənəvi olaraq hər il təşkil edilən “Seafood Expo Global” beynəlxalq sərgisi dünyada dəniz məhsulları sənayesinə həsr olunmuş ən böyük tədbir hesab olunur. 2024-cü ildə sərgi yenidən qlobal məhsul istehsalçıları, təchizatçılar, distribütorlar, restoranlar, balıq bazarları, emal müəssisələri və dəniz məhsulları sənayesinin digər iştirakçıları üçün mühüm görüş yerinə çevrildi.

Dünyanın hər yerindən iştirakçıları cəlb edən “Seafood Expo Global” sərgisi dəniz məhsulları sənayesi üçün mühüm hadisə olmaqla, beynəlxalq ticarətin və əməkdaşlığın inkişafına öz töhfəsini verir. Tədbir iştirakçılara yeni işgüzar əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq, öz məhsullarını və bu sahədə ən son yenilikləri təqdim etmək imkanı bəxş edir.  

Azərbaycan bu il tarixində ilk dəfə olaraq sözügedən beynəlxalq sərgidə iştirak edib. Belə ki, “Azerbaijan Fish Farm” şirkətinin ekoloji dayanıqlıq və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi prinsipləri nəzərə alınmaqla istehsal olunan “Baku Caviar” kürüsü Barselonada böyük müvəffəqiyyətlə təqdim edilib. Qeyd edək ki, “Baku Caviar” məhsulunun əsas missiyası Xəzər dənizinin endemik balıq növlərindən olan nərəkimilərin vəhşi populyasiyasını bərpa etməkdən ibarətdir. Bu məqsədlə hər satılan kürü bankasının əvəzinə dənizə 10 nərə balığı buraxılır.

Barselonada keçirilən sərgidə “Baku Caviar” qara kürüsü yüksək keyfiyyətinə və “Azerbaijan Fish Farm” şirkətinin unikal ekoloji missiyasına görə beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Şirkətin nümayəndələri dünyanın aparıcı distribütorları, satış şəbəkələri və s. ilə çoxsaylı görüşlər keçiriblər.

Barselonada müxtəlif ölkələrin şirkətləri ilə mühüm işgüzar əlaqələr qurulub ki, bu da “Baku Caviar” məhsulunun gələcək ixracı üçün böyük perspektivlər açır. Onların arasında “Europe Caviar Single Member P.C.” (Yunanıstan), “Al Dana Businesses, Services & Trading” (Qətər) və “Caviar Court” (Səudiyyə Ərəbistanı) şirkəti, həmçinin “Kameratene” restoranı (Norveç) da var. Bu əlaqələr “Azerbaijan Fish Farm” şirkəti üçün əməkdaşlığın inkişafı və bazarın genişləndirilməsi baxımından böyük potensial vəd edir.

“Baku Caviar” təkcə ən yüksək keyfiyyət standartı və unikal dad deyil, həm də təbiətə qayğı ilə hazırlanan ekoloji təmiz məhsul deməkdir. Bu fəlsəfə sayəsində o, qlobal bazarda lider mövqe qazanır və Barselonada keçirilən “Seafood Expo Global” sərgisində olduğu kimi nüfuz qazanır.

“Baku Caviar” məhsulunun “Seafood Expo Global” sərgisində iştirakı Azərbaycan istehsalçısı üçün beynəlxalq arenaya yeni qapılar açan əlamətdar hadisədir. Bu nüfuzlu sərgidə iştirak Azərbaycan məhsullarının potensialını və keyfiyyətini bir daha aydın şəkildə nümayiş etdirdi, həmçinin ixrac imkanlarının daha da genişlənməsinə və ölkənin qlobal dəniz məhsulları bazarının mühüm iştirakçısı kimi reputasiyasının möhkəmlənməsinə töhfə vermiş oldu. Bu həm də Azərbaycan mədəniyyətinin və ənənələrinin dünya miqyasında təbliği deməkdir.

Azərbaycanda qara kürünün istehsalı böyük tarixə malikdir. 1954-cü ildə Neftçala rayonu ərazisində əsası qoyulmuş eksperimental akvakultura ferması “Azerbaijan Fish Farm” tərəfindən ən son texnologiyalardan istifadə etməklə təkmilləşdirilib və modernləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri