26 
Apr
2024
13:01
58
185
4703
Virtual karabakh

Polisin “saxla” əmrinə tabe olmayan motosiklet sürücüsünün narkotik daşıdığı ortaya çıxdı - YENİLƏNİB + VİDEO

26 Apr, 2024
13:01
4703

Polisin “saxla” əmrinə tabe olmayan motosiklet sürücüsünün narkotik daşıdığı ortaya çıxdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi sosial şəbəkə səhifələrində paytaxtın Nizami rayonunda metronun “Koroğlu” stansiyasının yaxınlığında dövlət qeydiyyat nişanı olmayan motosiklet sürücüsünün yol polisinə tabesizlik göstərərək qaçmasını özündə əks etdirən görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov APA-ya bildirib ki, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən görüntülərdəki motosikletin sürücüsü 2002-ci il təvəllüdlü Tofiq Taleh oğlu Əliyev saxlanılıb. Araşdırma zamanı onun idarə etdiyi motosikletlə kuryer xidməti adı altında paytaxt ərazisində narkotiklərin satışı və daşınması ilə məşğul olduğu müəyyən olunub. Bu səbəbdən T.Əliyev yol polisi ona “saxla” işarəsi verən zaman qaçmağa cəhd göstərib. Onun çantasına baxış zamanı külli miqdarda müxtəlif növdən olan narkotik vasitələr və psixotrop maddələr aşkarlanıb. Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək.

12:49

Bakıda Heydər Əliyev prospektində Yol Patrul Xidməti (YPX) əməkdaşının “saxla” əmrinə tabe olmayan motosiklet sürücüsü saxlanılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Həmin kadrları təqdim edirik:

10:36

Bakıda Heydər Əliyev prospektində motosiklet sürücüsü Yol Patrul Xidməti (YPX) əməkdaşının “saxla” əmrinə tabe olmayıb.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə YPX maşını motosiklet sürücüsünü saxlamağa cəhd etsə də, sonuncunun hadisə yerindən qaçması öz əksini tapıb.

Hadisə metronun “Koroğlu” stansiyası yaxınlığındakı yol qovşağında qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri