19 
Apr
2024
13:04
69
5
635
yuxarı
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
19 Apr, 2024
13:04
635
69
5
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
Almaniyanın iqtisadiyyat naziri və Yaşıllar Partiyasından olan vitse-kansler Robert Habek aprelin 19-na keçən gecə Ukraynanın paytaxtı Kiyevdə bomba sığınacağında bir neçə saat qalıb.
Qeyd olunur ki, sığınacaq Kiyevdəki hotellərdən birinin yeraltı qarajında yerləşib. Vitse-kansler Almaniya nümayəndə heyəti ilə birlikdə həyəcan siqnalı ləğv edilənə qədər bomba sığınacağında təxminən bir saat yarım qalıb.
Bundan sonra Almaniyadan gələn nümayəndə heyəti öz otaqlarına qayıdıb.
Xatırladaq ki, bir gün əvvəl Robert Habek Kiyevə gedib. Almaniyanın vitse-kansleri Ukrayna prezidenti Volodimir Zelenski ilə Ukraynanın infrastruktur obyektlərinə hücumları müzakirə etmək niyyətindədir.
Mənbə: DPA
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Dünya xəbərləri
17 
May
2024
04:02
Britni Spirs ailəsinin fotoşəklini paylaşaraq, gözlənilməz etiraflar etdi - FOTO
10
1
519
17 
May
2024
00:48
Zibilyığan olmaq üçün hər şey edilən, qeyri-adi vergiləri olan şəhər - VİDEO
17
7
1009