30 
Apr
2024
13:32
19
67
1461
Virtual karabakh

İndoneziyada ildırım düşən Ruanq vulkanı yenidən püskürdü: Qorxunc görüntülər - VİDEO

30 Apr, 2024
13:32
1461

İndoneziyada ildırım düşən Ruanq vulkanı yenidən püskürdü: Qorxunc görüntülər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb.

Səhər erkən saatlarda çaxan ildırım vulkanın kraterini işıqlandırıb və bu fonda vulkandan püskürən partlayıcı qaynar lavanın görüntüləri ətrafdakıları dəhşətə gətirib.

Səlahiyyətlilər tərəfindən Ruanqla bağlı həyəcan statusu ən yüksək səviyyəyə qaldırılıb və sakinlərə vulkana yaxınlaşmamaq barədə çağırış edilib. Həmçinin təxliyə zonasını genişləndirmək barədə qərar verilib.

Eyni zamanda sunaminin ola biləcəyi də qeyd edilib.

İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzindən verilən məlumata görə, vulkana ən yaxın olan Taqulandanq adasında yaşayan sakinlərə xəbərdarlıq edilib və bildirilib ki, vulkanik materialın okeana qarışması nəticəsində sunami yarana bilər.  

Xatırladaq ki, daha əvvəl vulkan püskürməsi nəticəsində yüzlərlə insan təxliyə edilib, evlərə ziyan dəyib və əyalətin paytaxtı Manadoda hava limanı bağlanıb.

Vulkanla bağlı yayılan görüntülərdə Ruanqın krateri üzərində çaxan ildırımlar, lava və daşlardan ibarət qırmızı od buludlarının havaya qalxdığı və adanın üzərinə çökdüyü kadrlar yer alıb.

Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi püskürmə sütununun 5 kilometr (3,1 mil) hündürlüyünə çatdığını bildirib və 7 km (daha əvvəl 6 km) məsafədə qalan bütün sakinlərin dərhal təxliyə edilmələrinə çağırıb.

Manadodakı Sema Ratulanq hava limanı vulkanik külün yayılması ehtimalına qarşı yenidən bağlanıb və ertəsi gün günortaya qədər bağlı qalacağı qeyd edilib.

Mənbə: “Reuters”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri