20 
Avq
2017
15:30
17
299
7949
Virtual karabakh

Bərdədə dəhşət: Toy karvanındakı avtomobil 4 nəfəri vurub qaçdı – FOTO

20 Avq, 2017
15:30
7949

Bərdədə dəhşət: Toy karvanındakı avtomobil 4 nəfəri vurub qaçdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə toy karvanında gedən avtomobil yol kənarında su içən toy mərasiminin 4 sakinini vuraraq hadisə yerindən qaçıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Yeni Daşkənd kənd ərazisində baş verib.

Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında su içən piyadaları vurub.

Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Ağapəri Möhbalı qızı hadisə yerindəcə dünyasını dəyişib. Digər 3 nəfər: — 1993-cü il təvəllüdlü Məmmədov Sərvər Məhəmmədəli oğlu, 1962-ci il təvəllüdlü Səmədova Ayyıldız Sehral qızı və 1955-ci il təvəllüdlü Quliyeva Göyçək Əli qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri