13 
Avq
2017
11:37
18
233
4769
Virtual karabakh

Xudatda ailə faciəsi: Bir qardaş öldü, digəri yaralandı - FOTO

13 Avq, 2017
11:37
4769

Xudatda ailə faciəsi: Bir qardaş öldü, digəri yaralandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün şəhər saatlarında Xudatın Müqtədir qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Oxu.Az-ın APA-ya istinadın verdiyi məlumata görə, “Vaz 2107” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində maşında olan Xaçmaz rayon sakinləri 1992-ci il təvəllüdlü Elvin Yusifov, onun qardaşı 1987-ci il təvəllüdlü  Elbrus Yusifov və 30 yaşlı İlqar İmaməliyev müxtəlif dərəcəli xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq Elvinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki şəxsin müalicəsi isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri