25 
İyn
2017
10:05
31
237
6748
Virtual karabakh

Bakıda işıqfora məhəl qoymayan sürücü qəza törətdi – FOTO + VİDEO

25 İyn, 2017
10:05
6748

Bakıda işıqfora məhəl qoymayan sürücü qəza törətdi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə “Audi” markalı avtomobilin Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişməsindəki işıqforun qırmızı işığında keçməsi nəticəsində qeydə alınıb.

Bu zaman “Audi” digər işıqforun yaşıl işığında keçən “Nissan” markalı avtomobilə, ardınca isə “Mercedes”ə çırpılıb. Sonuncu avtomobil də öz növbəsində işıqforun dirəyinə dəyib. Qəza nəticəsində Fərid Hüseynov və Klim adlı xarici ölkə vətəndaşı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hər üç avtomobil deformasiyaya uğrayıb. Azadlıq prospektində nəqliyyat vasitələrinin sıxlığı yaşanıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri