21 
Noy
2016
11:00
98
43
10356
Virtual karabakh

Varşavada yeni “Porsche” testləri – VİDEO

21 Noy, 2016
11:00
10356

Varşavada yeni “Porsche” testləri – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya şöhrətli avtomobil istehsalçıları hər hansı yeni modeli diler salonlarına göndərməzdən qabaq, adətən, press-testlər təşkil edir. 

Belə ki, müxtəlif ölkələrdən dəvət olunmuş jurnalistlərə avtomobilləri ən azı 400-500 kilometrlik marşrutda sürüb, sınaqlardan çıxarmaq, onun eksteryerini, interyerini, mühərrik və sürət qutusunu, dinamik xarakteristikalarını, təchizatını, rahatlığını və s. dəyərləndirmək üçün tam sərbəst şərait yaradırlar. 

2017-ci model ilinə aid edilən “Porsche Panamera”nın sınaq yürüşləri Polşa Respublikasının paytaxtı Varşava şəhəri yaxınlığında həyata keçirildi. 

Azərbaycanı bu testlərdə Oxu.Az-ın “Avto-Moto” rubrikasının aparıcısı Natiq Zərbəliyev təmsil edirdi. Qeyd etməliyik ki, “Porsche Panamera”nın 2-ci nəsli xarici görünüş baxımından sərt fərqlənməsə də, avtomobilin salonu tamamilə yenidən qurulub, yeni mühərriklər və sürət qutusu ilə təhciz olunub, eləcə də təhlükəsizlik və comfort baxımından ən müasir texnologiyalarla zənginləşdirilib. 

Videoreportajı diqqətinizə təqdim edirik. 

Daha ətraflı hesabatları Autograph.az onlayn jurnalında və Autograph-TV Facebook səhifəsində izləylə bilərisz.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri