21 
Noy
2016
14:45
10
165
7532
Virtual karabakh

Sürücülərə yazılan cərimə faizlərinin hesablanma qaydası açıqlandı

21 Noy, 2016
14:45
7532

Sürücülərə yazılan cərimə faizlərinin hesablanma qaydası açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yol-hərəkəti qaydalarını pozan sürücülər inzibati tənbeh tətbiqetmə haqqında qərar qüvvəyə mindiyi gündən etibarən cəriməni bir ay ərzində ödəməsələr hər gün 1 faiz dəbbə pulu ödəməlidirlər. Bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapmış bir məsələdir. Cərimənin üzərinə isə yalnız iki ay müddətinə faiz hesablana bilər. Bəzən sürücülər bildirirlər ki, 6 ay gecikmiş cəriməyə görə həmin ayların da faizini ödəyib və ya ödənilməsi tələb olunub. 

Oxu.Az xəbər verir ki, Avtosfer.az bildirir ki, bu, qanunsuzdur və qanunda cəmi 2 ay müddətinə faiz hesablanması nəzərdə tutulur. 

Əvvəllər bu müddət 3 ay, faiz isə 2 faiz idi. Bəs, cərimələrin faizi hesablanmalıdır? İlkin məbləğ 2 ay faiz hesablandıqdan sonra nə qədər ola bilər?

Bu və digər suallara cavab tapmaq üçün cədvəl tərtib edilib. Cədvəldə daha çox tətbiq olunan cərimələrin ilkin və dəbbə pulu ilə birlikdə məbləği əksini tapıb.

Qeyd edək ki, ilkin cərimə məbləği qərar qəbul edildikdən sonrakı 5 gün ərzində ödənilərsə, sürücülərə həmin məbləğin 10 faizi güzəşt olunur. Məsələn, 100 manatlıq cərimə 90, 50 manatlıq cərimə 45, 20 manatlıq cərimə 18 manat məbləğində ödənilir. Bir aydan sonra üzərinə faiz gəldikdə isə məbləğ aşağıda cədvəldəki kimi hesablanır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri