23 
Dek
2016
11:00
119
33
10770
Virtual karabakh

Azərbaycan avtoidmançıları Portuqaliyada və ya “dəli qonaqlar” – VİDEO

23 Dek, 2016
11:00
10770

Azərbaycan avtoidmançıları Portuqaliyada və ya “dəli qonaqlar” – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan avtoidmançıları beynəlxalq yarışlarda uğurla çıxış etdikdən sonra yeni startlara hazırlaşırlar. 

Belə ki, ölkəmizdə 6 ildir fəaliyyət göstərən “Forsaj-club”un üzvləri Portuqaliyada keçirilən ən mürəkkəb off-road birinciliyində iştirak etmək üçün ABŞ-da hazırlanmış və Bakıya gətirilmiş xüsusi avtomobili qoşquya yerləşdirərək 6200 km məsafə qət etmiş və yarışlara qatılmışlar. 

Klub rəhbəri Rəhim Qurbanovun sözlərin görə, digər komandalar bizim idmançıların bu əzmkarlıqları qarşısında mat qalaraq onları “crazy guests” – “dəli qonaqlar” adlandırmışdılar.

“Forsaj-club“ üzvləri digər iştirakçılardan az təcrübəyə malik olduqlarına baxmayaraq, 38 komanda arasında təsnifat mərhələsində 4-cü, ümumi sıralamada isə 5-ci nəticə göstərə biliblər. 

Qeyd etmək lazımdır ki, hər il 4 mərhələdə keçirilən bu yarışlar Avropanın və eləcə də dünyanın ən extremal avtoidman növlərindən sayılır.

Portuqaliya startları barədə daha ətraflı reportajı autograph.az onlayn jurnalında və facebook/autograph-tv səhifəsində izləyə bilərsiniz.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri