Yan
2017
15:39
470
37
4860
Virtual karabakh

Erməni hərbçi Ağdam yaxınlığında yol qəzası törədib

4 Yan, 2017
15:39
4860

Erməni hərbçi Ağdam yaxınlığında yol qəzası törədib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni hərbçi yol qəzası törədib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, işğal olunmuş Azərbaycan torpaqlarında xidmət edən hərbçi Valod Şabatyan Ağdam şəhəri yaxınlığında idarə etdiyi “QAZ-24” markalı minik avtomobilini aşırıb. Nəticədə o, ağır xəsarət alıb. Həkimlər vəziyyətini ağır qiymətləndirir.

Xatırladaq ki, rəsmi məlumatlara əsasən, ötən ilin  dekabrında erməni hərbçilərin iştirakı ilə bir neçə ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Belə ki, dekabrın 8-də Sünik vilayətində “Lexus” markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində Ermənistan müdafiə nazirinin təhlükəsizlik xidmətinin əməkdaşları - kapitan Aleksan Simonyan və leytenant Armen Musikyan həlak olub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri