Yan
2017
19:20
18
163
2700
Virtual karabakh

Şəmkirdə toy karvanında olan avtomobil qəza törədib: Yaralananlar var – SİYAHI

4 Yan, 2017
19:20
2700

Şəmkirdə toy karvanında olan avtomobil qəza törədib: Yaralananlar var – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə baş verən yol qəzasında xəsarət alanların sayı 9 nəfərə çatıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən 1989-cu il təvəllüdlü Səadət Məmmədova, 1964-cü il təvəllüdlü Nurəddin Nağıyev,1993-cü il təvəllüdlü Ruslan İbrahimov və 1978-ci il təvəllüdlü Könül Cabbarovadan başqa, 1989-cu il təvəllüdlü Şəhla Əhmədova, 2008-ci il təvəllüdlü İsmayıl Qarayev, 2009-cu il təvəllüdlü Fatimə Namazova, 2013-cü il təvəllüdlü Gülay Namazova və Anar adlı azyaşlı da müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Xatırladaq ki, rayonun Abbaslı kəndi ərazisində toy karvanı ilə hərəkət edən “Opel” markalı avtomobil qarşı tərəfdən gələn “VAZ-2106” markalı avtomobillə toqquşub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri