Yan
2017
13:11
16
172
10778
Virtual karabakh

Sürücü eyni anda iki dəfə radara düşüb: Cərimə necə ödənilməlidir? – FOTO

5 Yan, 2017
13:11
10778

Sürücü eyni anda iki dəfə radara düşüb: Cərimə necə ödənilməlidir? – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı sakini bir saniyə fərqlə eyni radara iki dəfə düşüb. Buna görə də həmin şəxsdən eyni cərimənin iki dəfə ödənilməsi tələb olunur.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 138-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini “Subaru-Forester” markalı avtomobillə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin tələbini pozaraq yolda müəyyən edilən hərəkət sürətinin həddini aşıb və radara düşüb. Sürücüyə eyni radardan 1 saniyə fərqi ilə inzibati xətalar haqqında protokol iki dəfə rəsmiləşdirilib və ünvanına göndərilib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sürücünün eyni radara 1 saniyə fərqli ilə düşməsi çox nadir hallarda baş verən texniki səhvdir: “Əgər belə bir hal baş veribsə və sürücünün eyni radara düşməsi ilə bağlı protokol iki dəfə rəsmiləşdirilibsə, həmin protokollardan birinə xitam verilməlidir. Bunun üçün sürücü ya BDYPİ-yə gəlməli, ya da elektron müraciət etməlidir”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri