Yan
2017
17:15
264
31
7195
Virtual karabakh

“Beşmərtəbə”də qoyulan yeni yol nişanı ləğv edildi – VİDEO

9 Yan, 2017
17:15
7195

“Beşmərtəbə”də qoyulan yeni yol nişanı ləğv edildi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının mərkəzində yeni qoyulmuş yol nişanı ləğv olundu.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayımlanıb.

İstifadəçilər bildiriblər ki, “beşmərtəbə dairəsi” kimi tanınan ərazidə yeni qoyulan “stop” nişanı artıq yol polis tərəfindən götürülüb.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan prospektindən “beşmərtəbə dairəsi” tanınan istiqamətdə dəyişiklik edilmişdi. 

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov qeyd etmişdir ki, həmin istiqamətdə avtomobillərin hərəkətin istiqamətində dəyişiklik edilib. 

Bölmə rəisinin sözlərinə görə, edilmiş dəyişiklik tələ yox, günün tələbidir. V.Əsədov qeyd etmişdir ki, “Qoşa qala” qapısından Azərbaycan prospekti ilə “beşmərtəbə” kimi tanınan ərazi istiqamətində hərəkət edən avtomobil sürücüləri “beşmərtəbə dairəsi”ndən sağa dönərkən dayanmadan hərəkətlərini düzünə, sola və dairəvi hərəkət edəcəklər. 

Eyni zamanda, Cəfər Cabbarlı küçəsi ilə hərəkət edənlər isə dairəyə daxil olmaq istəyərkən “stop” nişanının tələbinə uyğun hərəkət edir. “dairə” nişanının olması onların hərəkətinə mane olmur. Aparılan xronometraj göstərir ki, Azərbaycan prospektində hərəkət intensivliyi var. Avtomobillərin hərəkətində sıxlıq yaradırdı.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri