10 
Yan
2017
13:46
12
296
12091
Virtual karabakh

Bakıda avtomobil ananı qızının gözü qarşısında vurdu – VİDEO

10 Yan, 2017
13:46
12091

Bakıda avtomobil ananı qızının gözü qarşısında vurdu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yolayrıcında toqquşan avtomobillərdən biri yolun kənarında dayanmış qadın piyadanı vurub.

Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Təhlükəsiz şəhər Mərkəzindən avtosfer-ə verilən videodan göründyü kimi, “Mitsubishi” markalı avtomobilin sürücüsü sağdan gələn “Mercedes” markalı avtomobilə yol vermədiyi üçün toqquşma baş verib.

Bu zaman sağdan gələn avtomobillə toqquşan “Mitsubishi” yerində fırlanaraq yolu keçməyə çalışan qadını vurub.

Aldığı zərbə qadını təxminən 2 metrdən artıq kənara tullayır və o, ağaca dəyərək yerə çırpılır. Qadın sağ qalsa da, həm avtomobilin zərbəsi, həm də ağaca çırpılması onun ağır xəsarət aldığını göstərir.

Kadrlardan aydın görünür ki, piyada qadınlar səkidən cəmi bir addım öndə dayanıblar. Elə bu da onlardan birinin vurulmasına səbəb olur. Əgər yolun hərəkət hissəsinə çıxmayıb səkidə gözləsəydi, yəqin ki, yerində fırlınan avtomobilin zərbəsinə tuş gəlməzdi.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri