11 
Yan
2017
15:19
142
30
1994
yuxarı
“Bakı Avtovağzalı” üç milyondan çox sərnişinə xidmət göstərdi
11 Yan, 2017
15:19
1994
142
30
“Bakı Avtovağzalı” üç milyondan çox sərnişinə xidmət göstərdi
““Bakı Beynəlxalq Avtovağzal”ı ötən il 3 milyondan çox sərnişinə xidmət göstərib”.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
Onun sözlərinə görə, 2016-cı il ərzində “Bakı Beynəlxalq Avtovağzalı”dan 129 min 252 reyslə 3 milyon 234 min 233 sərnişin daşınıb:
“122 min 46 reyslə isə 3 milyon 17 min 36 şəhərlərarası sərnişin daşınması, 7 min 206 reyslə isə 217 min 197 beynəlxalq sərnişin daşınması həyata keçirilib”, - deyə Ş.Mehmanqızı sözlərinə əlavə edib.
U.A.
www.oxu.az