12 
Yan
2017
14:55
15
76
3791
Virtual karabakh

Azərbaycan prospektində nəqliyyat hərəkətində dəyişiklik edildi

12 Yan, 2017
14:55
3791

Azərbaycan prospektində nəqliyyat hərəkətində dəyişiklik edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal rayonunda “Beşmərtəbə” adlanan dairədən Azərbaycan prospekti istiqamətində avtomobillərin hərəkəti üçün yeni zolaq yaradılıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Trend”ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, hazırda həmin dəyişikliklə əlaqədar “Beşmərtəbə” dairəsində xronometraj aparılır:

“Çox güman ki, bu özünü doğruladacaq. Bir neçə günlük xronometrajın nəticələrinə baxılacaq. Əgər bu, ərazidə sıxlığı aradan qaldırsa, həmin zolaq avtomobillərin daimi istifadəsinə veriləcək”.

Bölmə rəisinin sözlərinə görə, ərazidəki təhlükəsizlik zolağından Azərbaycan prospekti istiqamətində hərəkətdə olan avtomobillər üçün bir zolağın açılmasında məqsəd təhlükəsizliyi təmin etmək, sıxlığın qarşısını almaqdır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri