13 
Yan
2017
16:40
184
43
11057
Virtual karabakh

BMW yeni 5-ci seriyanı təqdim etdi – FOTO + VİDEO

13 Yan, 2017
16:40
11057

BMW yeni 5-ci seriyanı təqdim etdi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMW artıq 1972-ci ildən bəri istehsal etdiyi 5-ci seriyadan olan yeni avtomobilini ABŞ-da keçirilən “Detroyt” avtoşousunda BMW sevərlərə təqdim edib.

Markanın 5-ci seriyadan olan son avtomobili “F10” 2010-cu ildə təqdim olunmuşdu və həmin vaxtdan bu yana yenilənməmişdi.

BMW ailəsinin yeni üzvü “F10”-a nisbətdə daha böyük olması, geniş salon və həcmli baqajı ilə seçilir. 

Oxu.Az xəbər verir ki, “G30” kod adlı yeni avtomobil 2.0 litr həcmli 4 silindrli benzin mühərrik, 3.0 litr 6 silindrli bezin mühərrik, 2.0 litr həcmli 4 silindrli dizel mühərrik və 3.0 litr həcmli twinpower dizel mühərrik seçimləri ilə satışa çıxarılacaq. Avtomobilin benzin istifadəsi mühərrikin həcmindən asılı olaraq ortalama 4-6.5 litr arasında dəyişir. Mühərriklərin hamısı 8 ötürücülü avtomatik transmissiya ilə təchiz olunub. 

Yeni BMW 20 fərqli rəng tonunda alıcılara təqdim olunacaq. 

Məlumat üçün qeyd edək ki, fevral ayından salonlarda satışa çıxarılacaq yeni modelin qiyməti 51,200 ABŞ dollarından başlayır. 

İsmayıl Nur

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri