14 
Yan
2017
13:14
15
277
11692
Virtual karabakh

Bərdədə iki nəfər dəhşətli qəzanın qurbanı oldu – FOTO + VİDEO

14 Yan, 2017
13:14
11692

Bərdədə iki nəfər dəhşətli qəzanın qurbanı oldu – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlax-Bərdə yolunda dəhşətli yol qəzası baş verib.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, Ağdam rayonunun Quzanlı qəsəbə sakini Emin Əliyevin idarə etdiyi “Mersedes” markalı minik maşını ilə Yevlax rayonunun Hacımahmudlu kənd sakini Saleh Şəmilovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində Yevlax rayonunun Hacımahmudlu kənd sakini 17 yaşlı Elvin Şəmilov dünyasını dəyişib. Hadisə yerinə Yevlax regional təcili təxirə salınmaz tibbi yardım məntəqəsinin həkimləri cəlb olunublar.

“VAZ 2107” nin sürücüsü Saleh Şəmilov bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Avtombildə olan digər şəxslər 16 yaşlı Nərminə Şəmilova sağ bud sümüyünün qapalı sınığı, Rahilə Əliyeva qapalı kəllə beyin travması və sol bud sümüyünün sınığı, Yevlaxın Aran qəsəbə sakini 51 yaşlı Mürşüd Əmrahov alın nahiyəsinin əzilmiş, cızılmış yarası və “Mersedes” də olan Bakı şəhər sakini 71 yaşlı Qənimət Məhərrəmov isə sağ bud sümüyünün açıq sınığı xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Rahilə Əliyevaya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri