16 
Yan
2017
15:37
25
288
16652
Virtual karabakh

Şirvanda vətəndaşı təhqir edən polis mayoru ilə bağlı – AÇIQLAMA + VİDEO

16 Yan, 2017
15:37
16652

Şirvanda vətəndaşı təhqir edən polis mayoru ilə bağlı – AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şirvan şəhərində Dövlət Yol Polisi mayorunun vətəndaşı təhqir etməsi məsələsi araşdırılır.

Oxu.Az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran ƏliyevQafqazinfo”ya deyib.

K.Əliyev yayılan videodan xəbərdar olduğunu qeyd edib:

“Hazırda araşdırma aparılır. Müəyyənləşdirilsin ki, videodakı kimdir, nəyə görə söyüş söyür. Dəqiqləşdirmək lazımdır ki, o, həqiqətən də yol polisi işçisidirmi? Araşdırmanın nəticəsi bilinəndən sonra həmin şəxs barəsində tədbir görüləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə Şirvan şəhərində Dövlət Yol Polisi mayorunun vətəndaşı ağır söyüşlərlə təhqir etməsi barədə görüntü yayılıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri