17 
Yan
2017
10:48
13
101
5317
Virtual karabakh

“Şamaxinka” istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır – FOTO

17 Yan, 2017
10:48
5317

“Şamaxinka” istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Moskva prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Oxu.Az xəbər verir ki, “Azəravtoyol” ASC-dən APA-ya verilən məlumata görə, aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, 18 və 19 yanvar tarixlərində gecə saat 01:00-dan 03:00-a qədər Moskva prospektində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.

“Məhdudlaşdırma həm əsas yolda (tunel), həm də köməkçi yollarda (“Şamaxinka”) tətbiq ediləcək. Aparılacaq qısa müddətlik təmir işləri zamanı sürücülər alternativ olaraq “Bakı Dairəvi-1” avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər”, – deyə məlumatda bildirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri