17 
Yan
2017
20:46
53
406
6229
Virtual karabakh

Bakıda Rusiya səfirliyinin avtomobili qaydaları belə pozdu – FOTO

17 Yan, 2017
20:46
6229

Bakıda Rusiya səfirliyinin avtomobili qaydaları belə pozdu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saat 11:33 radələrində Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində Rusiyanın ölkəmizdəki səfirliyinin əməkdaşı yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Oxu.Az xəbər verir ki, avtomobilin görüntüləri Avtosfer.az-a daxil olub.

Məlumata görə, “004 T 015” dövlət nömrə nişanlı avtomobil Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məxsusdur.

Avtomobil Neftçi Qurban küçəsində dayanma-durmanın qadağan olunduğu ərazidə park edilib. Düzdür, burada başqa avtomobillər də qayda pozaraq park edilib. Lakin onlar, heç olmasa, nəqliyyat vasitələrini səkiyə paralel saxlayaraq yolu kəsməyiblər. Səfirliyə məxsus olan bu iri avtomobil isə səkiyə perpendikulyar şəkildə saxlanılıb.

Fotolardan da göründüyü kimi, yolun əks tərəfində avtobus dayanacağı var. Səfirlik avtomobilinin bu şəkildə dayanması və dayanacaqda avtobusun olması nəticəsində yolda hərəkət məhdudlaşıb.

Avtosfer.az-ın apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, fotoda gördüyünüz bu avtomobilin 21 MMX protokolu var.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri