18 
Yan
2017
12:54
22
127
5161
Virtual karabakh

Bu gecədən Bakının şimal girişi bağlanacaq

18 Yan, 2017
12:54
5161

Bu gecədən Bakının şimal girişi bağlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gecədən Bakı şəhərinə şimaldan əsas giriş bağlanacaq. Sumqayıt-Abşeron istiqamətindən Bakının 20 Yanvar dairəsi istiqaməti üzrə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

“18-19 yanvar tarixlərində gecə saat 1-dən 3-ə qədər “Şamaxinka” adlanan ərazi istiqamətində avtomobilərin hərəkətinə məhdudiyyət qoyulacaq. Belə ki, bu istiqamətdə yolun genişləndirilməsi nəzərdə tutulub. Həmin ərazidə olan yüksəkgərginlikli işıq dirəyinin yerinin dəyişdirilməsi və həmçinin həmin ərazidə yolun 4 zolaqlı edilməsi məqsədilə bu proses davam edəcək. Şəhərdaxili “Şamaxina” istiqamətində həkərət edənlər yalnız 3-cü kənar dairəvi yolla hərəkət edərək, istənilən istiqamət üzrə hərəkətlərini davam edə bilərlər”, – deyə V.Əsədov qeyd edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri