18 
Yan
2017
18:38
15
213
6638
Virtual karabakh

Astarada baş verən ağır qəzanın görüntüləri yayılıb – FOTO

18 Yan, 2017
18:38
6638

Astarada baş verən ağır qəzanın görüntüləri yayılıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Oxu.Az Report-a istinadən, rayonun Kijəbə qəsəbəsində bir nəfərin ölümü, dörd nəfərin isə yaralanması ilə nəticələnən yol qəzasının görüntülərini təqdim edir.

Xatırladaq ki, “VAZ-21011” markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb.

Hadisə nəticəsində bir nəfər – 1988-ci il təvəllüdlü Yusif Mirəli oğlu Məmmədov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanada əməliyyat olunan Y.Məmmədov orada ölüb.

Hadisə zamanı xəsarət alan 2014-cü il təvəllüdlü Afət Eldost qızı İbrahimli Astara Rayon Mərkəzi Xəstəxanasında (RMX) kliniki ölüm keçirsə də həkimlərin səyi nəticəsində sağ qalıb. O, sonradan Lənkəran RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.

Digər yaralılar - 1990-cı il təvəllüdlü Bəylər Amid oğlu İbrahimov, 1992-ci il təvəllüdlü Eldost Amid oğlu İbrahimov, 1992-ci il təvəllüdlü Nahidə Tahir qızı Sultanova Astara RMX-a yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri