18 
Yan
2017
23:51
42
307
11529
Virtual karabakh

Avtomobili olmayan şəxsə radar cəriməsi gəldi – VİDEO

18 Yan, 2017
23:51
11529

Avtomobili olmayan şəxsə radar cəriməsi gəldi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad rayonunda avtomobili və ümumiyyətlə sürücülük vəsiqəsi olmayan gəncdən 10 manat radar cəriməsinin ödənilməsi tələb olunur.

Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, maraqlı hadisə Təklə kənd sakini Ceyhun İbişovun başına gəlib. 

Bir müddət əvvəl onun ünvanına gələn məktubda qeyd edilir ki, paytaxtın Moskva prospektində minik avtomobili ilə sürət limitinin saatda 60 km olduğu ərazidə nəqliyyat vasitəsini saatda 72 km sürətlə idarə edib.

Ceyhun İbişov isə indiyə kimi heç bir avtomobili olmadığını deyir. 

Məsələ ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət ediləndə məlum olub ki, həmin avtomobil Rəsulova Səltənət adlı xanımın adınadır. Lakin avtomobilin idarə edilməsi üçün Ceyhun İbişovun adına bir illik etibarnamə verilib.

Baş Dövlət Yol Polis İdarəsi hadisəni araşdırır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri