19 
Yan
2017
15:15
18
189
9346
Virtual karabakh

Bakıda sürücüləri çaş-baş salan yol nişanları – VİDEO

19 Yan, 2017
15:15
9346

Bakıda sürücüləri çaş-baş salan yol nişanları – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtda hərəkətin ən intensiv olduğu küçələrdən birində qoyulan yol nişanları sürücüləri çaş-baş salır. Belə ki, nişanlardan biri yalnız düzünə, qarşıdakı nişan isə hər iki istiqamətdə hərəkətin mümkün olduğunu göstərir.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu isə sürücülərin tez-tez cərimələnməsi ilə nəticələnir.

Söhbət Xutor dairəsi ilə Qələbə dairəsini birləşdirən Salamzadə küçəsindən gedir.

Sürücülər bu yolda polislə tez-tez anlaşmazlıqlar yaşandığını, işarənin isə ümumiyyətlə, yanlış olduğunu deyirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov düzünə hərəkət nişanının yalnış yerdə qoyulduğunu, sürücülərin də elə buna görə çaş-baş qaldığını deyir. Onun sözlərinə görə, yol nişanları Azərbaycan qanunvericiliyinə görə, yolun hərəkət hissəsinin sağ tərəfində qoyulmalıdı, sol tərəfdə isə ancaq təkrar xarakterli olmalıdır.

Ekspert nişanın sağ tərəfdəki səkiyə keçirilməsi və asfalt üzərinə oxlar çəkilməsi ilə problemi aradan qaldırmağın mümkün olduğunu deyir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü Vaqif Əsədov isə bildirib ki, həmin əraziyə baxış keçiriləcək. Əgər nişanlar arasında ziddiyyət müəyyən edilsə, biri ləğv olunacaq.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri