19 
Yan
2017
15:45
179
16
5117
Virtual karabakh

Sinqapur ilk hiperkarını hazırlayır – VİDEO

19 Yan, 2017
15:45
5117

Sinqapur ilk hiperkarını hazırlayır – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sinqapurda yerləşən “Vanda Electrics” şirkəti “Dendrobium” adlı hiperkarın tizerlərini dərc etmişdir. “Williams F1” komandasının da daxil olduğu “Williams Group” qrupunun tərkib hissəsi olan “Williams Advanced Engineering” firması ilə birlikdə hazırlanan avtomobil “formula” texnologiyalarını əldə edəcək.

Oxu.Az autograph.az-a istinadən xəbər verir ki, istehsalçı avtomobili Sinqapurun tarixində olan ilk hiperkar adlandırır. 

Yeni avtomobil haqqında məlumat gizli saxlanılsa da, “Vanda Dendrobium” hiperkarının konsept olaraq martda keçiriləcək Cenevrə avtosalonunda nümayiş etdiriləcəyi bildirilmişdir.

Avtomobil Şotlandiyadan olan “Bridge of Weir Leather” şirkətinin məhsulu olan dəri və karbonla tərtib edilmiş iki nəfərlik salona malik olacaqdır. Hiperkarın kompozit materiallardan istifadə edilərək hazırlanan konstruksiyasına, aerodinamikasına və elektrik güc aqreqatına görə “Williams Advanced Engineering” firması cavabdehlik daşıyır.

Əvvəllər “Vanda Electrics” hiperkarın renderlərini dərc etsə də, sonuncu tizer konseptin tamamilə başqa görünüşə malik olacağından xəbər verir. İki variantı bənzər edən yalnız mürəkkəb aerodinamik elementlərin olmasıdır. Ehtimallara görə, hiperkar 1500 at qüvvəsi gücü olan elektrik mühərriki və 100 kilovat-saatlıq batareyalar dəsti ilə təchiz ediləcək. Avtomobilin 60 mil/saat (96 km/saat) həddini 2,6 saniyəyə toplayacağı ehtimal edilir. Onun maksimal sürətinin 400 km/saat, yürüş ehtiyatının isə 400 kilometr olacağı bildirilmişdir.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri