21 
Yan
2017
12:38
14
259
3935
Virtual karabakh

Bakıda avtomobil iki piyadanı vuraraq öldürüb

21 Yan, 2017
12:38
3935

Bakıda avtomobil iki piyadanı vuraraq öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda piyadaların vurulması ilə nəticələnən yol qəzaları baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanvarın 20-də saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Ədalət Abdullayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Əsmər Əliyevanı vurub, nəticədə piyada hadisə yerində ölüb.    

Digər hadisə elə həmin gün Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib.

Bakı şəhər sakini Namiq Ələsgərov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən qəsəbə sakini Şəfa Səmədovanı vurub, piyada hadisə yerində ölüb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri