22 
Yan
2017
21:20
8
239
2127
Virtual karabakh

Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

22 Yan, 2017
21:20
2127

Zaqatalada avtomobil piyadanı vuraraq öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, hadisə yanvarın 22-i axşam saat 19 radələrində rayonun Əliabad qəsəbəsi ərazisində baş verib.

Əliabad qəsəbə sakini, Samiq Mahma oğlu Muradov idarə etdiyi “VAZ 21074” markalı avtomobillə hərəkətdə olarkən yolu sərxoş halda keçmək istəyən piyada 1955-ci il təvəllüdlü Ramiz Ağabala oğlu Ağaməmmədovu vurub. R.Ağaməmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri