17 
Fev
2017
10:44
6
82
1552
Virtual karabakh

DYP-dən respublikanın avtomobil yolları ilə bağlı açıqlama

17 Fev, 2017
10:44
1552

DYP-dən respublikanın avtomobil yolları ilə bağlı açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Respublikanın bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. 

O qeyd edib ki, Şəmkir-Gədəbəy və Gəncə-Qazax magistralında nisbətən buzlaşma müşahidə olunur. Buna baxmayaraq, respublikanın bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün açıqdır.

K.Əliyev sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə etməməyi, nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi tövsiyə edib.

K.Əliyev qeyd edib ki, ötən gün respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri