17 
Fev
2017
11:22
15
293
17229
Virtual karabakh

Bakıda həkim “Range Rover”lə piyadanı vurdu

17 Fev, 2017
11:22
17229

Bakıda həkim “Range Rover”lə piyadanı vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən axşam Xəzər rayonu ərazisində, Mərdəkan avtomagistralında 1961-ci il təvəllüdlü Babayev Rəfi Hacıağa oğlu yolu keçərkən “Range Rover” markalı avtomaşın tərəfindən vurulub.

Oxu.Az xəbər verir ki, SalamNews-a zərərçəkənin ailə üzvlərinin verdiyi məlumata görə, o, sürücü tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib.

Tibbi müdaxilədən sonra yaralının həyat təhlükəsi aradan qaldırılıb. Həkimlər Rəfi Babayevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Sürücünün izahatı alınıb və avtomobil cərimə meydançasına aparılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, evdən çıxan Rəfi Babayev yolu keçərək yaxınlıqdakı marketə getmək istəyib. Yol işıqsız və yağıntı səbəbilə sürüşkən olduğundan, həmçinin “Range Rover” markalı avtomaşın sürət həddini aşdığından məlum qəza baş verib.

Qeyd edək ki, “Range Rover” markalı avtomaşının sürücüsü diş həkimidir və hadisə o, işdən evinə qayıdarkən baş verib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri