17 
Fev
2017
15:52
24
246
8564
Virtual karabakh

Polisin tələb etdiyi “avtokreslo”lar neçəyədir?

17 Fev, 2017
15:52
8564

Polisin tələb etdiyi “avtokreslo”lar neçəyədir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) avtomobillərdə azyaşlıların daşınması zamanı xüsusi oturacaqlardan (avtokreslo) istifadə edilməməsinə görə sürücülərin cərimələnəcəyini açıqlayıb.

Həmçinin, təhlükəsizlik məqsədi ilə arxa oturacaqlarda da “avtokreslo”ların istifadə edilməli olduğu bildirilib. Bundan sonra isə sosial şəbəkələrdə vətəndaşlar “avtokreslo”ların qiymətlərindən şikayətlənməyə başlayıblar.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Qafqazinfo” kiçik araşdırma aparıb və bazarda xüsusi oturacaqların hansı qiymətə satıldığını müəyyən edib.

Bəlli olub ki, yeni “kreslo”ların qiyməti 150-350 manatarası dəyişir.

Alqı-satqı saytlarında sürücülərə işlənmiş oturacaqlar da təklif edirlər. Bu zaman isə qiymət “kreslo”nun vəziyyətindən asılı olaraq dəyişir. İkinci əl xüsusi oturacaqlar isə 40-100 manat qiymətə satılır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərdən “avtokreslo” tələbinin səbəbi bəlli olub. Onsuz da qanunvericiliyin tələbi olan uşaqlar üçün ön oturacaqda xüsusi oturacaqdan istifadə etmənin xəbərdarlıqla elan edilməsi media və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Əksəriyyət bunun hansısa biznes marağına görə edildiyini bildirib.

Yeni tələblər heç də “kreslo” satışına görə deyil. Belə ki, bir neçə gün öncə Beynəlxalq Avtomobil Federasiyasının 3 əməkdaşı Bakıya təşrif buyurub. Onlar burada bir neçə gün monitorinq aparıblar, sonda isə Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə qapalı görüş keçirilib.

Həmin görüşdə 2-si qadın, 1-i kişi olan nümayəndə heyəti DYP rəhbərliyinə monitorinqlərinin nəticəsi barədə məlumat verib və bu işlərin həlli üçün fkir mübadilə aparıblar. Nümayəndə heyəti son illərdə görülən müsbət işləri yüksək qiymətləndirsələr də, görüşdə ən çox tənqid olunan sürücülərin kəmərdən düzgün istifadə etməməsi və ya ümumiyyətlə, istifadə etməməsi, həmçinin avtomobillərdə uşaqlar üçün xüsusi oturacaqların olmaması halları göstərilib.

Bundan sonra DYP rəhbərliyi bu problemin həll üçün çox tələbkar addımlar atmaq qərarı verib. Buna görə də, şəhərdə bu hallara görə güzəşt edilməyəcəyi açıqlanıb. 

Bildirilir ki, beynəlxalq normalara görə, 12 yaşdan aşağı uşaqların daşınması zamanı “avtokreslo”lardan istifadə etmək tələbi məcburidir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri